​Müsavat Partiyasının üzvü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib

​Müsavat Partiyasının üzvü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib Ondan Fuad Qəhrəmanlının işi ilə əlaqədar ifadə alınıb
Daxili siyasət
9 Aprel , 2016 14:56
​Müsavat Partiyasının üzvü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib

Bakı. 9 aprel. REPORT.AZ/ Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü Baba Allahnəzərov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

"Report"un xəbərinə görə, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

A.Hacılı bildirib ki, Baba Allahnəzərov Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının işi ilə əlaqədar dindirilib.

Qeyd edək ki, F.Qəhrəmanlı ötən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mart ayının əvvəlində isə Nəsimi Rayon Məhkəməsində Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin müddəti iki ay uzadılıb.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi