​Müsavat Partiyasının rəhbərliyi Milli Şuranın mitinqində tribunadan çıxış etməyəcək

​Müsavat Partiyasının rəhbərliyi Milli Şuranın mitinqində tribunadan çıxış etməyəcək Elman Fəttah: "Müzakirələr zamanı seçkilərlə bağlı zona müşavirələrinin noyabrın 10-a qədər yekunlaşdırılması qərara alınıb"
Daxili siyasət
3 Noyabr , 2014 16:56
​Müsavat Partiyasının rəhbərliyi Milli Şuranın mitinqində tribunadan çıxış etməyəcək
Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.

Müsavat başqanının müavini, Divan üzvü Elman Fəttahın "Report"a verdiyi məlumata görə, iclasda Milli Şuranın noyabrın 10-da keçirəcəyi mitinq müzakirə olunub. Qərara alınıb ki, partiya üzvləri aksiyaya sərbəst şəkildə qoşula bilərlər.

E.Fəttahın sözlərinə görə, mitinqdə Müsavat Partiyasının rəhbərliyi Milli Şuranın mitinqində tribunadan çıxış etməyəcək.

Divan iclasında cari məsələlər və bələdiyyə seçkiləri ilə bağlı müzakirələr də aparılıb. Müzakirələr zamanı seçkilərlə bağlı zona müşavirələrinin noyabrın 10-dək yekunlaşdırılması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi