​Müsavat Partiyasının qərargahı önündə aksiya keçirənlərin fəaliyyətinin araşdırılmasına başlanılıb

​Müsavat Partiyasının qərargahı önündə aksiya keçirənlərin fəaliyyətinin araşdırılmasına başlanılıb "Arayış əsasında tədbir görüləcək"
Daxili siyasət
8 May , 2015 12:40
​Müsavat Partiyasının qərargahı önündə aksiya keçirənlərin fəaliyyətinin araşdırılmasına başlanılıb

Bakı. 8 may. REPORT.AZ/ Müsavat Partiyasının qərargahı önündə piket keçirənlərlə bağlı Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) arayış təqdim olunub.

MNTK-nın sədri Sevinc Hüseynova "Report"a açıqlamasında deyib ki, arayış əsasında tədbir görüləcək.

O bildirib ki, piketdə iştirak edən rayon təşkilatlarının və digər şəxslərin fəaliyyətləri araşdırılıb.

Xatırladaq ki, Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər partiya qərargahı qarşısında hazırkı rəhbərliyin yürütdüyü siyasətə etiraz olaraq piket keçiriblər. Onlar partiyadan xaric edilənlərin bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər.

Son xəbərlər

Orphus sistemi