Müsavat Partiyasının Məclisində mübahisə düşüb

Müsavat Partiyasının Məclisində mübahisə düşüb Parlament seçkilərində iştirakla bağlı qəbul olunan öhdəlik sənədi birmənalı qarşılanmayıb
Daxili siyasət
4 Aprel , 2015 16:03
Müsavat Partiyasının Məclisində mübahisə düşüb

Bakı. 4 aprel. REPORT.AZ/ Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Məclisin toplantısında partiyanın parlament seçkilərində iştirakından danışıb.

“Report”un məlumatına görə, G.Aslanlı deyib ki, partiya ilin sonunda keçiriləcək parlament seçkilərində iştirak edəcək. Onun sözlərinə görə, Müsavat Partiyası seçkilərdə iştirakla bağlı blok yaratmağa cəhd etsə də, blokun yaradılması bir qədər çətin görünür.

G.Aslanlı deyib ki, Nizamnaməyə görə, seçkilərdə iştirak edən namizədləri Məclis təsdiq etməlidir. O, yeni öhdəlik sənədi (Təlimat) layihəsi barədə də məlumat verib: “Birmandatlı Seçki Dairəsi üzrə öz namizədliyini partiya adından irəli sürülməsi haqda müvafiq sənədlər Məclisə təqdim edilməlidir, Nizamnaməyə uyğun olaraq, bu, təsdiq edilir. Partiyanın Məclisi və ya Divanı tərəfindən əvvəllər qəbul edilmiş hər hansı təlimatın müddəaları bu təlimatın müddəaları ilə uyğunsuzluq təşkil edərsə, bu təlimat gələcəkdə qəbul ediləcək hər hansı təlimatla bu Təlimatın müddəaları uyğunsuzluq təşkil edərsə, ən son qəbul edilmiş Təlimat əvvəlki təlimatlardan üstün qüvvəyə malikdir. Öhdəlik sənədinin layihəsində də qeyd olunub ki, namizəd kimi iştirak edən şəxs seçki kampaniyası dövründə partiyanın Proqramına, Nizamnaməsinə və siyasi qərarlarına zidd olan hər hansı ifadəni işlətməkdən imtina edir. Həmin şəxs deputat seçiləcəyi təqdirdə  partiya sıralarında fəaliyyətini davam etdirərək və parlamentdəki fəaliyyəti partiya Nizamnaməsinin tələbinə uyğun olaraq rəhbərliklə razılaşdırmaqla həyata keçirəcək, həmçinin platforma, çıxışlarının əsas prinsipləri öncədən Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı ilə razılaşdıracaq və seçkilərin nəticələri ilə bağlı partiyanın qərarına tabe olacaq”.

Müsavatın Məclis üzvləri Ellada Məmmədli və Lətafət Məlikova buna etiraz edərək bildiriblər ki, belə bir Təlimatın qəbul edilməsi doğru deyil.

Təlimat layihəsi səsə qoyulub, 2 nəfər əleyihinə, bir nəfər bitərəf olmaqla qəbul edilib. Sənəd partiya Divanının növbəti toplantısında təsdiq ediləcək.

Son xəbərlər

Orphus sistemi