Müsavat Partiyasının Məclisi qurultayla bağlı qərar verib

Müsavat Partiyasının Məclisi qurultayla bağlı qərar verib Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb
Daxili siyasət
9 İyun , 2018 17:17
Müsavat Partiyasının Məclisi qurultayla bağlı qərar verib

Bakı. 9 iyun. REPORT.AZ/ Müsavat Partiyasının Məclisinin bu gün keçirilən iclasında partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

"Report"un xəbərinə görə, bununla əlaqədar Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) yaradılıb.

QHTK-da Müsavat Partiyasının başqanı Arif Hacılı, partiyanın sabiq başqanı, Məclis üzvü İsa Qəmbər, Müsavat başqanının müavinləri Fərəc Kərimli, Səxavət Soltanlı, partiya başqanının sabiq müavinləri Elman Fəttah, Yadigar Sadıqov, Tofiq Yaqublu, Divan üzvləri Osman Kazımov, Alya Yaqublu, İkram İsrafil, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və başqaları təmsil olunur.

Qurultayın ilin sonunda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Müsavat Partiyasının sonuncu qurultayı 2014-cü ildə keçirilib, səsvermə yolu ilə Arif Hacılı partiyanın başqanı seçilib.

Son xəbərlər

Orphus sistemi