​Müsavat Partiyasının başqanı ilə ADP sədri arasında görüş keçirilib

​Müsavat Partiyasının başqanı ilə ADP sədri arasında görüş keçirilib Görüşdə bir neçə partiyanın yaratdığı "Antiböhran Koalisiyası"nın Müsavata dəvət göndərməsi müzakirə olunub
Daxili siyasət
9 Mart , 2016 17:52
​Müsavat Partiyasının başqanı ilə ADP sədri arasında görüş keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüb.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, görüşdə bir neçə partiyanın yaratdığı "Antiböhran Koalisiyası"nın Müsavata dəvət göndərməsi müzakirə olunub: "Təklifin mahiyyəti müzakirə edilib. Koalisiyanın təklifini Müsavat Partiyasının rəhbərliyi müzakirə etdikdən sonra cavab veriləcək".

Qeyd edək ki, "Antiböhran koalisiyası" ölkədə baş verən ictimai-siyasi məsələlərin müzakirəsi üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP), Müsavat Partiyasına və hakim Yeni Azərbaycan Partiyasına (YAP) dəvət göndərib.

Xatırladaq ki,  "Antiböhran koalisiyası" bir qrup partiya sədrinin təşkilatçılığı ilə yaradılıb. Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası (DBP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və "Ağ blok" hərəkatı daxildir.

Son xəbərlər

Orphus sistemi