Müsavat Partiyası keçirəcəyi mitinqin vaxtını müəyyənləşdirib

Müsavat Partiyası keçirəcəyi mitinqin vaxtını müəyyənləşdirib Partiya Divanının növbəti iclası keçirilib
Daxili siyasət
5 Sentyabr , 2016 17:06
Müsavat Partiyası keçirəcəyi mitinqin vaxtını müəyyənləşdirib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyadan “Report”a verilən məlumata görə, iclasda sentyabr ayının 18-də saat 17.00-dan 19.00-dək “Məhsul” stadionunda 26 sentyabr tarixinə elan olunan referendumla bağlı mitinqin keçirilməsi barədə qərar qəbul edilib.

Divanda təşkilati məsələlərə baxılıb, 10 nəfər Müsavat Partiyasının sıralarına qəbul olunub.

Son xəbərlər

Orphus sistemi