​Müsavat MNTK-nın sabiq sədri: "Qərarların icrasında partiya rəhbərliyinin yanaşması deyil, Nizamnamə əsas götürülməlidir"

​Müsavat MNTK-nın sabiq sədri: "Qərarların icrasında partiya rəhbərliyinin yanaşması deyil, Nizamnamə əsas götürülməlidir" "Vurğun Əyyub deyil, başqa namizəd olsaydı, bu cür yanaşma olmayacaqdı"
Daxili siyasət
13 Aprel , 2015 14:16
​Müsavat MNTK-nın sabiq sədri: Qərarların icrasında partiya rəhbərliyinin yanaşması deyil, Nizamnamə əsas götürülməlidir

Bakı. 13 aprel. REPORT.AZ/ "Müsavat Partiyasının Suraxanı rayon təşkilatının Şura üzvlərinin əksəriyyəti Vurğun Əyyubun deputatlığa namizədliyinin irəli sürülməsinə səs veriblər. Mərkəzi Nəzarət-Təftiş Komissiyasında belə qərarlara baxılarkən əvvəlcə narazıların yetərsaya təsiri müəyyənləşdirilir, sonra isə bununla bağlı qərar qəbul edilir. Narazıların səsi təsiredici deyilsə, qərar qüvvədə saxlanılmalıdır". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli deyib.

İ.İbrahimli bildirib ki, partiyanın Suraxanı rayon təşkilatının qərarından iki nəfər MNTK-ya şikayət edib, bu da həlledici səs deyil: "Bu adamlar iclasda iştirak etsəydilər belə, nəticə eyni olacaqdı. Məsələnin kökündə Nizamnaməyə əməl olunması deyil, Vurğun Əyyubun namizədliyinin irəli sürülməsinə münasibət dayanır. Düşünürəm, Vurğun bəy deyil, başqa namizəd olsaydı, bu cür yanaşma olmayacaqdı. MNTK-nın qəbul etdiyi bəzi qərarlar var ki, onlarla razı deyiləm. Üzvlərin cəzalandırılması düzgün deyil və bu, partiya maraqlarına uyğun deyil. Qərarların icrasında partiya rəhbərliyinin yanaşmasını deyil, Nizamnaməni əsas götürməlidirlər".

Xatırladaq ki, MNTK-nın sonuncu iclasında şikayət əsasında partiyanın Suraxanı rayon təşkilatının Şura iclasında Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi barədə çıxarılan qərara baxılıb və ləğv edilib.

Son xəbərlər

Orphus sistemi