Müsavat Gənclər Təşkilatının sədri istefa verib

Müsavat Gənclər Təşkilatının sədri istefa verib Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli vəzifəsindən istefa verib.
Daxili siyasət
26 May , 2019 22:46
Müsavat Gənclər Təşkilatının sədri istefa verib

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli vəzifəsindən istefa verib.

"Report"un xəbərinə görə, Ə.Sadıqbəyli istefasını yaş həddi məhdudiyyəti ilə bağlı olduğunu açıqlayıb.

"İki ildir, rəhbərlik etdiyim Müsavat Gənclər Təşkilatının sədrliyindən istefa verdim. Müsavat Partiyasının Nizamnaməsi yaş həddinə görə bunu tələb edir. Sonuncu dəfə Müsavat Gənclər Təşkilatının Şura iclası keçirildi. İstefamı Şuraya təqdim etdim və üzvlər yekdilliklə təklifin lehinə səs verərək, məni istefaya göndərdilər.

Növbəti konfransa qədər müsavatçı gənclərə gizli səsvermə yolu ilə seçilmiş 5 nəfərdən ibarət Təşkilat Komitəsi rəhbərlik edəcək" - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi