​Müsavat başqanının müavini həbsxanaya qaytarılıb

​Müsavat başqanının müavini həbsxanaya qaytarılıb Tofiq Yaqubluya verilən yeddi günlük azadlıq müddəti bu gün bitib
Daxili siyasət
1 May , 2015 13:20
​Müsavat başqanının müavini həbsxanaya qaytarılıb

Bakı. 1 may. REPORT.AZ/ Qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu həbsxanaya qaytarılıb.

Partiya başqanının müavini Elman Fəttah "Report"a açıqlamasında deyib ki, Tofiq Yaqubluya verilən yeddi günlük azadlıq müddəti bu gün bitib: "Müddət tamam olduğundan onu həbsxanaya yola saldıq".

Xatırladaq ki, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bir neçə gün öncə Rusiyanın Tomsk şəhərində xəstəxanaların birində dünyasını dəyişib. O, Bakının Qaraçuxur qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, T.Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən hadisələr zamanı həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi