Yuxarı

MSK “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb

“Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlanıb
© Report

Mərkəzi Seçki Komissiyası(MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.

MSK-nın Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq və onlara metodiki kömək göstərməkdir. Nəşrdə müşahidə aparılmasının prinsipləri, eyni zamanda müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.

Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında tərtib olunub.

“Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi