Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara nəzarət qaydası dəyişib

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara nəzarət qaydası dəyişib Xüsusi icazənin sahibi olan hüquqi şəxsin yenidən təşkili olduqda xüsusi icazənin verilməsi qaydası ləğv edilib
Daxili siyasət
21 May , 2015 09:19
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara nəzarət qaydası dəyişib

Bakı. 21 may. REPORT.AZ/ Nazirlər Kabineti “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydaları”ında dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliyə əsasən, sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətləri əsasında aparılacaq.

Növbədənkənar yoxlamalar zamanı mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müvafiq səlahiyyətli dövlət orqanlarına, dövlət orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin müraciətləri daxil olduqda, xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə, hüquqi şəxs ləğv olunduqda, xüsusi icazənin sahibi olan hüquqi şəxsi yenidən təşkil olduqda yeni xüsusi icazənin verilməsi qaydası ləğv edilib.

Son xəbərlər

Orphus sistemi