Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxslərlə bağlı 10 sənəd layihəsi hazırlayıb

Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxslərlə bağlı 10 sənəd layihəsi hazırlayıb Sənəd layihəsi hazırlanaraq razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilib
Daxili siyasət
23 Yanvar , 2017 19:15
Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxslərlə bağlı 10 sənəd layihəsi hazırlayıb

Bakı 23 yanvar. REPORT.AZ/ Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi“nin layihəsi, həmçinin publik hüquqi şəxslərin hüquqi təminatı ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 10 sənəd layihəsi hazırlanaraq razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilib.

Agentlikdən "Report"a verilən məlumata görə, bu addım Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanının icrası ilə bağlı Nazirlər Kabinetinin 28 noyabr 2016-cı il tarixli 633s nömrəli Sərəncamın icrası ilə bağlı atılıb.

Eyni zamanda, Agentlikdə publik hüquqi şəxslər haqqında dünya təcrübəsi öyrənilib, təhlil edilib, müqayisələr aparılıb və araşdırmaların nəticəsi olaraq “Publik hüquqi şəxslər haqqında qeydlər (kontinental Avropa və postsovet məkanının bir sıra ölkələrinin təcrübəsi)” adlı kitabça hazırlanıb.

Kreativlik və biliklərə əsaslanan iqtisadiyyatın inkişafını müəyyən edən müəlliflik hüququ və əlaqəli hüquqların rolu nəzərə alınmaqla “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi