​Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

​Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub Nazirliyinin müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinə yeni müdir təyin olunub
Daxili siyasət
11 İyul , 2016 16:23
​Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Bakı. 11 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyində yeni kadr təyinatları olub. 

"Report" xəbər verir ki, Vəli Fətəliyev nazirliyin müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinə müdir təyin edilib.

V.Fətəliyev bu vəzifədə Səlahəddin Əsgərov əvəzləyib. 

V.Fətəliyev əvvəllər Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Nazirliyin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsinə isə Rasim Tahirov təyin edilib. 

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib. Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, kollegiyanın tərkibində Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinin müdiri Səlahəddin Əsgərovu nazirliyin mülki məmulatların istehsalı şöbəsinin müdiri Vəli Fətəliyev, V.Fətəliyevi R.Tahirov isə əvəzləyib.

Son xəbərlər

Orphus sistemi