Mübariz Əhmədzadə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Mübariz Əhmədzadə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
13 Yanvar , 2017 18:18
Mübariz Əhmədzadə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Mübariz Əhmədzadənin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mübariz Cuma oğlu Əhmədzadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Əhmədzadənin yanvarın 15-də 70 yaşı tamam olur. O, hazırda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısıdır. 

Son xəbərlər

Orphus sistemi