MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokol tərtib edib. “Report” xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib olunması müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb. Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.
Daxili siyasət
25 Fevral , 2020 22:18
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokol tərtib edib.
“Report” xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib olunması müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb.
Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Milli Məclisə seçkilərdə dairələr üzrə lider namizədlərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz: https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=1

Son xəbərlər

Orphus sistemi