MSK YAP-ın səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK YAP-ın səlahiyyətli nümayəndələrini qeydə alıb Məsələ səsverməyə çxarılaraq qəbul olunub
Daxili siyasət
14 Fevral , 2018 16:14
MSK YAP-ın səlahiyyətli nümayəndələrini qeydə alıb
Report

Bakı. 14 fevral. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, MSK-nın katibi Arifə Muxtarova deyib ki, YAP tərəfindən təqdim olunmuş siyahıda Prezident seçkilərində səlahiyyətli nümayəndə qismində Əli Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzov qeyd olunub.

Məsələ səsverməyə çxarılaraq qəbul olunub.

Xatırladaq ki, MSK-nın bugünkü iclasında Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub. İ.Əliyevin namizədliyini YAP irəli sürüb.

Son xəbərlər

Orphus sistemi