​MSK-ya daxil olan müraciətlərə baxılıb

​MSK-ya daxil olan müraciətlərə baxılıb Əvvəlcə MSK-nın 27 dekabr tarixli iclasının protokolu təsdiqlənib
Daxili siyasət
29 Dekabr , 2014 17:12
​MSK-ya daxil olan müraciətlərə baxılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 27 dekabr tarixli iclasının protokolu təsdiq edilib.

Sonra dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda 79 saylı İmişli Seçki Dairəsinin 23, 24, 25 saylı məntəqələri, 76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 1, 2, 3 saylı məntəqələri, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsinin 23, 24 saylı məntəqələri, 70 saylı Masallı Şəhər Seçki Dairəsinin Çaxırlı bələdiyyəsi üzrə MSK-ya qanun pozuntları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq dairə seçki komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul edilib.

112 saylı Qax Seçki Dairəsinin Qax bələdiyyəsi, 14 saylı Xəzər Seçki Dairəsinin Türkan bələdiyyəsi və 102 saylı Samux-Şəmkir Seçki Dairəsinin Balacəmilli bələdiyyəsi ilə bağlı daxil olan şikayətlər MSK-nın Ekspert Qrupu tərəfindən araşdırılıb və bu şikayətlərin əsassız olduğu qənaətinə gəlinib. MSK məsələni səsə qoyaraq şikayətlərin təmin olunmaması ilə bağlı qərar qəbul edib.

İclasın sonunda cari məsələlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi