MSK-ya 2016-cı il üzrə maliyyə hesabatı təqdim etməyən partiyaların sayı açıqlanıb

MSK-ya 2016-cı il üzrə maliyyə hesabatı təqdim etməyən partiyaların sayı açıqlanıb MSK sədrinin müavini: "Siyasi partiyalarla bağlı məsələ araşdırılır"
Daxili siyasət
3 Aprel , 2017 11:38
MSK-ya 2016-cı il üzrə maliyyə hesabatı təqdim etməyən partiyaların sayı açıqlanıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim etməyən partiyaların sayı məlum olub.

MSK sədrinin müavini Natiq Məmmədov "Report"a deyib ki, aprelin 1-dək dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 27-si maliyyə hesabatı təqdim etməyib.

O bildirib ki, siyasi partiyalarla bağlı məsələ araşdırılır.

Maliyyə hesabatı verən partiyalar hakim Yeni Azərbaycan Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Liberal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Kommunist Partiyası, Böyük Quruluş Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Birlik Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və digər partiyalardır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi