MSK təkrar parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb

MSK təkrar parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb
Daxili siyasət
18 İyun , 2016 17:11
MSK təkrar parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 19 532 nəfər (48,6%) səsvermədə iştirak edib.

F.Orucov bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi