MSK sədri referendumda qutuya topa bülleten atılması ilə bağlı yayılan videolara münasibət bildirib

MSK sədri referendumda qutuya topa bülleten atılması ilə bağlı yayılan videolara münasibət bildirib Məzahir Pənahov deyib ki, bununla bağlı tədbir görəcəklər
Daxili siyasət
27 Sentyabr , 2016 14:48
MSK sədri referendumda qutuya topa bülleten atılması ilə bağlı yayılan videolara münasibət bildirib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində bəzi məntəqələrdə qutuya topa bülleten atılması və bir şəxsin bir dəfədən artıq səsverməsini əks etdirən video-görüntülərə münasibət bildirib.

“Report”un xəbərinə görə, MSK sədri deyib ki, həmin görüntüləri izləyiblər və bununla bağlı tədbir görəcəklər.

O bildirib ki, əgər hər hansı pozuntu aşkar olunarsa, həmin məntəqələrin nəticələri ləğv edləcək: “Bu işdə məsuliyyətli olmaq lazımdır. Ölkə rəhbərliyi bu məsələdə necə diqqətli və məsuliyyətlidirsə, ayrı-ayrı dairə və məntəqə sədrləri də işlərində məsuliyyətli olmalıdır. Bu halların baş verməsinə baxmayaraq, səsvermənin gedişinə kölgə sala bilməz. Arzu edərdik ki, bu hallar baş verməsin. Biz səsverməni beynəlxalq standartlara uyğun təşkil etmişik”.

Son xəbərlər

Orphus sistemi