Yuxarı

MSK sədri prezident seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib

MSK sədri prezident seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib
© Report/ Elchin Murad

Bakı. 12 aprel. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermənin gedişində qanun pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb.

“Report”un xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

 O bildirib ki, ümumilikdə MSK-ya 300-ə yaxın müraciət daxil olub, bunlar da sorğu xarakterlidir.

M.Pənahov sosial şəbəkələrdə yayılan bəzi məlumatlara da münasibət bildirib: “Pozuntu olubsa, dərhal araşdırılmalıdır. Seçki məntəqələrinin biri ilə bağlı məlumat paylaşılmışdı, həmin məlumat araşdırıldı. Məlum oldu ki, deyilənlər həqiqəti əks etdirmir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi