MSK sədri müşahidəçiləri diqqətli olmağa çağırıb

MSK sədri müşahidəçiləri diqqətli olmağa çağırıb “Ölkədə mühiti yarada bilmişik”
Daxili siyasət
7 Sentyabr , 2016 16:40
MSK sədri müşahidəçiləri diqqətli olmağa çağırıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ “Azərbaycanda referendum mühiti yarada bilmişik. İşlər qaydasında gedir, hələlik problem yoxdur”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müşahidəçilər səsvermə günü diqqətli olmalıdırlar: “Müşahidəçilər səsverməni izləməlidirlər. Yəni, müşahidəçi şahidi olduğu hadisə ilə bağlı fikir yürüdə bilər. Bizim səsvermə ilə bağlı təəsüratlarımız müşahidəçilərin müraciətləri əsasında yaranır. Bu baxımdan, müşahidəçilər obyektiv olmalıdırlar”.

Son xəbərlər

Orphus sistemi