MSK sədri: “Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var”

MSK sədri: “Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var” “Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir”
Daxili siyasət
15 Fevral , 2018 11:15
MSK sədri: “Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var”
MSK sədri Məzahir Pənahov / Report

Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var. Bu, sevindirici haldır”.

“Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçkilər şəffaf keçirilir.

M.Pənahov vurğulayıb ki, ölkə Prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb: “Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir. Ölkəmizin yüksək seçki təcrübəsi var”.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi