Yuxarı

MSK sədri: "53 min yerli, 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"

MSK sədri: "53 min yerli, 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"
© Report — MSK sədri Məzahir Pənahov

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

“Report” xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, bu, hələ son rəqəm deyil, müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi davam edir.

MSK sədri bildirib ki, 53 mindən çox yerli müşahidəçi də qeydiyatdan keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi