MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır

MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində oktyabrın 15-dən Bakıda və regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır.
Daxili siyasət
14 Oktyabr , 2019 16:10
MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
Report

Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində oktyabrın 15-dən Bakıda və regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, aşağı seçki komissiyaları üzvlərinin bələdiyyə seçkiləri ilə bağlı müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədi daşıyan kurslar ölkə üzrə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərini əhatə edəcək.

Tədris proqramına uyğun olaraq, kurslarda MSK təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, habelə yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən təqdimatlar keçiriləcək və müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq.

Genişmiqyaslı maarifləndirmə layihəsi olan seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların 3 gün davam etməsi və oktyabrın 17-də başa çatması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi