MSK referendumun yekun nəticələrini sabah açıqlayacaq

MSK referendumun yekun nəticələrini sabah açıqlayacaq MSK referenduma yekun vuracaq və nəticələri rəsmi bildiriş formasında elan edəcək
Daxili siyasət
10 Oktyabr , 2016 16:08
MSK referendumun yekun nəticələrini sabah açıqlayacaq

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun yekun nəticələri oktyabrın 11-də açıqlanacaq.

"Report"un xəbərinə görə, sabah Mərkəzi Seçki Komissiyası (MSK) referenduma yekun vuracaq və nəticələri rəsmi bildiriş formasında elan edəcək.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu prosedur səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə yekunlaşmalıdır.

Xatırladaq ki, ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktı layihəsi 29 hissədən ibarət olub. Referendumda 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri, ümumilikdə 69,7 faizi iştirak edib.

Son xəbərlər

Orphus sistemi