MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib Təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolunun hazırlanması qaydası təsdiqlənib
Daxili siyasət
3 May , 2016 15:10
MSK-nın növbəti iclası keçirilib

Bakı. 3 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolunun hazırlanması qaydası təsdiq edilib.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Daha sonra həmin seçki dairəsi üzrə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılaraq təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi