MSK gələn həftədən siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayacaq

MSK gələn həftədən siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayacaq Partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər
Daxili siyasət
26 Dekabr , 2016 16:19
MSK gələn həftədən siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ Gələn həftədən - 2017-ci ilin yanvarından Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların 2016-ci il üzrə maliyyə hesabatlarının qəbul edilməsinə başlanılacaq.

"Report" xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 51-i 2015-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 4 partiya - Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası və Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.

Son xəbərlər

Orphus sistemi