​MSK-da İlqar Məmmədovun müraciətinə baxılıb

​MSK-da İlqar Məmmədovun müraciətinə baxılıb Müraciəti İ.Məmmədovun səlahiyyətli nümayəndəsi Natiq Cəfərli edib
Daxili siyasət
13 May , 2016 16:28
​MSK-da İlqar Məmmədovun müraciətinə baxılıb

Bakı. 13 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında (MSK) ReAl Hərəkatının sədri İlqar Məmmədovun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, müraciəti İ.Məmmədovun səlahiyyətli nümayəndəsi Natiq Cəfərli edib.

90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən İ.Məmmədovun səlahiyyətli nümayəndəsi N.Cəfərlinin təqdim etdiyi müraciətdə bildirilib ki, namizədliyinin irəli sürülməsinin ləğv edilməsi qərarı ona təqdim edilməyib.

MSK-nın Ekspret Qrupunun üzvü Ramiz İbrahimov isə bildirib ki, İ.Məmmədovun səlahiyyətli nümayəndəsi imza vərəqələrini 8 may 2016-cı il tarixdə dairə seçki komissiyasına ağ formada təqdim edib: “Bununla bağlı dairə seçki komissiyası səlahiyyətli nümayəndəyə arayış verib. Eyni zamanda, proses aktlaşdırılıb. Ona görə də şikayət əsassız hesab olunur”.

MSK sədri bildirib ki, İlqar Məmmədov barəsində həbs qərarı var, ona görə də seçkilərdə iştirak edə bilməz. 

Son xəbərlər

Orphus sistemi