Yuxarı

MSK bir seçki bloku və bir partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK bir seçki bloku və bir partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 12 sentyabr 2015-ci il tarixli iclasının protokolu təsdiq edilib.

İclasda bu il noyabrın 1-də parlamentə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.

“Azadlıq-2015” seçki blokundan 17, Azərbaycan Demokratik İslahatlar Partiyasından (DİP) 1 səlahiyyətli nümayəndə qeydə alınıb.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi