Yuxarı

MSK bələdiyyə seçkilərinə start verib, seçki dekabrın 23-nə təyin edilib

​MSK bələdiyyə seçkilərinə start verib, seçki tarixi təyin edilib

Mərkəzi Seçki Komissiyası (MSK) növbəti bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

"Report" xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında qəbul olunan qərarla ölkədə dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək.

Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilib.

Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılmasına qərar verilib.

İclasda daha sonra imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrup yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi