MSK bələdiyyə seçkilərinin yekun protokolunu təsdiqləyib

MSK bələdiyyə seçkilərinin yekun protokolunu təsdiqləyib Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Daxili siyasət
12 Yanvar , 2015 18:22
MSK bələdiyyə seçkilərinin yekun protokolunu təsdiqləyib

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunu elan olunub.

Seçki ilə bağlı yekun protokol səsverməyə çıxarılıb. Səsvermədə MSK-nın 18 üzvündən 17-si iştirak edib. Yekun protokol 2 əleyhinə, 15 lehinə olmaqla təsdiqlənib. MSK üzvü Azər Tağıyev səsvermədə iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi