MSK aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün treninqlərə başlayıb

MSK aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün treninqlərə başlayıb Treninqlər ümumilikdə 32 mindən çox komissiya üzvünü əhatə edəcək
Daxili siyasət
5 Mart , 2018 09:58
MSK aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün treninqlərə başlayıb
Report

Bakı. 5 mart. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlayıb.

“Report”un xəbərinə görə, treninqlər “Seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri”, “Seçki günü prosedurlar və müstəsna hallar”, “Səslərin sayılmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı”, “Səslərin sayılması və yekun protokolun doldurulması”, “Səsvermə prosedurlarına dair praktiki tapşırıqlar”, “Əvvəlki treninqlərdə qazanılmış təcrübə. Seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması” mövzularını əhatə edir.

Bildirilib ki, bu il MSK iki mərhələli treninq proqramı hazırlayıb. Martın 5-dən başlayan birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Treninqlər 4 gün davam edəcək.

Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqi isə martın 12-dən başlayaraq seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq qaydada, təqribən 10 gün davam edəcək. Treninqlər ümumilikdə 32 mindən artıq komissiya üzvünü əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi