Yuxarı

İndiyədək 4 siyasi partiya illik maliyyə hesabatı verib

​MSK: 4 siyasi partiya illik maliyyə hesabatı verib
© Report/ Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı məlum olub.

“Report” xəbər verir ki, bu ilin əvvəlindən indiyədək 4 siyasi partiya illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası və Azərbaycan Naminə Alyans Partiyasıdır.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi