​Nüşabə Sadıxlı: "Müsavatçıların mövqeyi aydın olmayan təşkilatda fəaliyyət göstərməsi düzgün deyil"

​Nüşabə Sadıxlı: "Müsavatçıların mövqeyi aydın olmayan təşkilatda fəaliyyət göstərməsi düzgün deyil" "Müsavatçılar seçim etməlidirlər"
Daxili siyasət
30 Mart , 2015 18:07
​Nüşabə Sadıxlı: Müsavatçıların mövqeyi aydın olmayan təşkilatda fəaliyyət göstərməsi düzgün deyil

Bakı. 30 mart. REPORT.AZ/ "Müsavatçıların mövqeyi aydın olmayan təşkilatda fəaliyyət göstərməsi düzgün deyil". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı deyib. 

O, müsavatçıların Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunmasını doğru saymadığını vurğulayıb: "Mən ADR-də olan müsavatçılara çağırış etmişəm. Onların təmsil olunduğu təşkilatın mövqeyi aydın deyil. Mövqeyi aydın olmayan təşkilatda müsavatçıların təmsil olunması düzgün deyil. Müsavatçılar seçim etməlidirlər. Hələ ADR fəaliyyət göstərsin, hansı yönümlü təşkilat olacağı aydınlaşsın, sonra müsavatçıların orada təmsil olunub-olunmaması müzakirə edilər. Amma qeyri-müəyyən şəraitdə müsavatçıların orada təmsil olunması doğru deyil. "İrəli" də hərəkatdı, müsavatçı gənclərin orada təmsil olunması nə dərəcədə doğru ola bilər?"

N.Sadıxlı ADR-də təmsil olunan Müsavat Partiyasının üzvlərinin seçkidə namizədliklərinin irəli sürülməsi məsələsinə də toxunub: "Parlament seçkilərində iştirak etmək niyyəti olanları Məclis təsdiq etməlidir. Təbii ki, Məclis təsdiq edəcəksə, Müsavat Partiyası adından seçkidə iştirak edə biləcəklər, əks halda, bu, mümkün deyil".

Məclis sədri əlavə edib ki, Müsavat Partiyası Azərbaycanın rayonlarındakı hər seçki dairəsindən namizəd irəli sürəcək: "Müsavat Partiyası parlament seçkilərinə ciddi hazırlaşır. Seçkidə kifayət qədər namizədimiz olacaq. Ölkə üzrə müşavirələr keçirdik, bu tədbirlərdə xeyli müsavatçı seçkidə iştirakla bağlı niyyətini ortaya qoyub".

Son xəbərlər

Orphus sistemi