Moldova prezidenti: "Azərbaycan xalqı İlham Əliyevə etimadını göstərdi"

Moldova prezidenti: "Azərbaycan xalqı İlham Əliyevə etimadını göstərdi" "İki ölkə arasında konstruktiv dialoq və əməkdaşlıq ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsinə kömək edəcək"
Daxili siyasət
12 Aprel , 2018 11:43
Moldova prezidenti: Azərbaycan xalqı İlham Əliyevə etimadını göstərdi
ТАСС

Bakı. 12 aprel. REPORT.AZ/ Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə "Report" Moldovanın dövlət başçısının saytına istinadən xəbər verir.

Təbrikdə İ.Dodon seçkilərdəki qələbənin Azərbaycan xalqının İlham Əliyevin ölkənin inkişafı, sabitlik və cəmiyyətdə harmoniya istiqamətində siyasətinə inamını nümayiş etdirdiyini bildirib.

O, iki ölkə arasında konstruktiv dialoq və əməkdaşlığın ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə kömək göstərməyə davam edəcəyinə əminliyini söyləyib.

Son xəbərlər

Orphus sistemi