Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" adlı konfrans keçirilib

Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" adlı konfrans keçirilib Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Möhtəşəm quruculuq: dünən, bu gün, sabah adlı konfrans keçirilib.
Daxili siyasət
24 Dekabr , 2018 15:26
Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Möhtəşəm quruculuq: dünən, bu gün, sabah adlı konfrans keçirilib
YAP-ın sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov / Report / Firi Salim

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" adlı konfrans keçirilib.

"Report"un məlumatına görə, konfransda YAP-ın sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, hökumət üzvləri, partiya rəhbərliyi və deputatlar iştirak ediblər.

Çıxış edən Ə.Əhmədov Azərbaycanın müstəqillikdən sonra, eləcə də son 15 ildə keçdiyi inkişaf yolundan danışıb: "Azərbaycanın inkişafı yalnız ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir".

O qeyd edib ki, 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb: "Ölkəmizin siması əsaslı dərəcədə dəyişib. Bakı şəhərinin əsaslı surətdə yenilənməsi buna bariz nümunədir. Lakin bu təkcə Bakı şəhəri ilə yekunlaşmır. Bütün bölgələrimizdə bu proses gedir. Bu əhəmiyyətli dəyişikliklərin müəllifi isə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı bütün sahələrdə quruculuq işləri aparır".

Konfransın Prezident İlham Əliyevin döğum gününə təsadüf etdiyini bildirən Ə.Əhmədov Partiya üzvlərini, o cümlədən Azərbaycan xalqını təbrik edib.

Son xəbərlər

Orphus sistemi