Modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 10 milyon manat ayrıldı

Modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 10 milyon manat ayrıldı Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
6 May , 2020 15:43
Modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 10 milyon manat ayrıldı
0 : 00
0 : 00

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10 milyon manat Təhsil Nazirliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi