Yuxarı

Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun qüvvəyə minib

Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun qüvvəyə minib
Məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək onların ölkədən getmək hüququ məhdudlaşdırılacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, bununla bağlı Məcəllənin 9-cu (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) maddəsinə edilən əlavəyə əsasən, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda-məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların ölkədən getmək hüququ məhdudlaşdırılacaq.

Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsinin müvəqqəti məhdudlaşdırılması qaydasında da əskini tapıb.

Cinayət Məcəlləsinə əsasən, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağını təkbaşına böyüdən kişilərlə bağlı cəzanın çəkilməsini təxirə sala bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi