Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilib

Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilib Mingəçevir. 28 dekabr. REPORT.AZ/ Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilib.
Daxili siyasət
28 Dekabr , 2018 20:49
Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilib

Mingəçevir. 28 dekabr. REPORT.AZ/ Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Mingəçevir şəhər Səhiyyə Həmkarlar Şurasının təşəbbüsü ilə Uşaq Nevroloji Sanatoriyasında uşaqlar üçün bayram şənliyi təşkil olunub. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da iştirak edib.

Tədbirdə uşaqlara səhnələşdirilmiş nağıl və musiqili-əyləncəli proqram təqdim edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək uşaqları və sanatoriya əməkdaşlarını bayram münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə uşaq hüquqlarının ən yüksək səviyyədə qorunduğunu qeyd edib. 

Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqlara bayram sovqatları təqdim olunub.

Bundan başqa, Mingəçevir Turizm Kollecində də bayram şənliyi keçirilib. Kollecin direktoru, professor Əyyub Əyyubov çıxışında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb. O həmçinin kollecin cari il ərzində tədrisdə, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə qazandığı naliyyətlərdən danışaraq uğurların təməlində Prezident İlham Əliyevin elmin, təhsilin inkişafına, o cümlədən turizmyönlü kadrların hazırlığı məsələsinə göstərdiyi hərtərəfli dəstəyin dayandığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi