Milli Məclisin sabiq deputatı vəfat edib

Milli Məclisin sabiq deputatı vəfat edib Mərhumun cənazəsi Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb
Daxili siyasət
15 Sentyabr , 2017 16:54
Milli Məclisin sabiq deputatı vəfat edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Milli Məclisin sabiq deputatı Aydın Həsənov vəfat edib. 

"Report"un Cənub bürosunun məlumatına görə, mərhumun cənazəsi bu gün doğulduğu Cəlilabad şəhərinə gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, A.Həsənov 1942-ci ildə Cəlilabad şəhərində anadan olub. Uzun illər hərbi komissarlıq sahəsində çalışıb, ehtiyatda olan polkovnikdir. A.Həsənov III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Allah rəhmət eləsin! 

Son xəbərlər

Orphus sistemi