Yuxarı

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb
İclasın gündəliyinə 40 məsələ daxildir
© Report

Bakı. 7 aprel. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 40 məsələ daxildir.

Bunlar İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, "Meliorasiya və irriqasiya haqqında", "Siyasi partiyalar haqqında", Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Veteranlar haqqında", "Milli arxiv fondu haqqında", "Təhsil haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Aviasiya haqqında", "Banklar haqqında", "Dövlət borcu haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", Seçki Məcəlləsində, Miqrasiya Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda dəyişiklik layhələridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi