Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
12 Fevral , 2016 12:03
Milli Məclisin növbəti plenar iclası başlayıb

Bakı. 12 fevral. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb. "Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

İclasda "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədə, "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsinə, eləcə də "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" müqavilənin və onun proqramının təsdiq edilməsi barədə qanun layihəsinə baxılacaq.

Bundan başqa, iclasın gündəliyinə "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər edilməsi və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə" qanun layihəsinə baxılması da daxil edilib. "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Deputatlar eyni zamanda, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsini birinci oxunuşda müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi