Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub İclasın gündəliyinə 5 məsələ daxil edilib
Daxili siyasət
1 May , 2015 12:36
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbəti plenar iclasının tarixi məlum olub. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu "Report"a açıqlamasında bildirib ki, növbəti iclas mayın 8-də keçiriləcək. 

Onun sözlərinə görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib: "Gündəliyə "Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında",  "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib".

Son xəbərlər

Orphus sistemi