Milli Məclisin komitə sədri nazir müavininin məruzəsinə etiraz bildirib - ƏLAVƏ OLUNUB

Milli Məclisin komitə sədri nazir müavininin məruzəsinə etiraz bildirib - ƏLAVƏ OLUNUB “Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?”
Daxili siyasət
14 Fevral , 2017 13:01
Milli Məclisin komitə sədri nazir müavininin məruzəsinə etiraz bildirib - ƏLAVƏ OLUNUB

Bakı. 14 fevral. REPORT.AZ/ Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi bələdiyyələrlə bağlı İllik Məruzəyə etiraz edib.

“Report”un xəbərinə görə, A.Rəhimzadə Regional məsələlər komitəsinin iclasında İllik Məruzə ilə təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu xatırladıb: “Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?”.

Komitə sədri qeyd edib ki, ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülüb, işlərin səmərəliliyi daha artırılmalıdır.

Nazir müavini Vilayət Zahirovun A.Rəhimzadənin dediklərinə münasibəti belə olub: “İllik Məruzə ilə bağlı iradlar və təkliflər bildirilib. Bunların hamısını qeyd etmişik və üzərində təhlil aparılır. Verilən təkliflərə tez bir zamanda baxmaq mümkünsüz idi. Bütün təkliflərə baxılacaq və gələcək fəaliyyətdə nəzərə alınacaq”.

Son xəbərlər

Orphus sistemi