Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb Spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
13 Fevral , 2015 12:05
Milli Məclisin iclası başlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. Daha sonra "Argentina və Azərbaycan arasında kosmik əməkdaşlığa dair Saziş"in qəbul edilməsi, eləcə də yeni hazırlanan "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi, "Torpaq bazarı haqqında", "Torpaq islahatı haqqında", "Torpaq icarəsi haqqında", "Bələdiyyə qulluğu haqqında" qanunlara və Torpaq, Cinayət, Əmək məcəllələrinə dəyişikliklər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi