Milli Məclisin gündəliyindəki məsələlərdən biri dəyişdirilib

Milli Məclisin gündəliyindəki məsələlərdən biri dəyişdirilib Ali Məhkəməyə yeni üzv seçiləcək
Daxili siyasət
25 Aprel , 2017 12:09
Milli Məclisin gündəliyindəki məsələlərdən biri dəyişdirilib

Bakı. 25 aprel. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasının gündəliyindəki məsələlərdən biri - Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi çıxarılıb.

“Report”un xəbərinə görə, bu barədə MM sədri Oqtay Əsədov məlumat verib.

O bildirib ki, həmin məsələnin yerinə Əziz Seyidovun Ali Məhkəməyə üzv seçilmə məsələsi daxil edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi bəzi maddələr üzrə cərimələrin artırılmasını, cəzaların sərtləşdirilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi