​Prezident İlham Əliyev Milli Məclisin iki deputatını təltif edib

​Prezident İlham Əliyev Milli Məclisin iki deputatını təltif edib Hüseynbala Mirələmov “Şöhrət” ordeni ilə təltif olunub
Daxili siyasət
24 İyun , 2015 17:59
​Prezident İlham Əliyev Milli Məclisin iki deputatını təltif edib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Hüseynbala Mirələmovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hüseynbala Fazil oğlu Mirələmov “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyad Əliabbas oğlu Səmədzadə “Şərəf” ordeni ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi