Milli Məclisdə Nikolay Bordyujanın Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz bildirilib

Milli Məclisdə Nikolay Bordyujanın Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz bildirilib Qüdrət Həsənquliyev: “Biz nə qədər onun Rusiyanın özünün mövqeyinə zərbə vuran açıqlamalarına dözməliyik”
Daxili siyasət
30 Dekabr , 2016 12:57
Milli Məclisdə Nikolay Bordyujanın Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz bildirilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlətməsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Q.Həsənquliyev deyib ki, Azərbaycan KTMT-yə üzv olan ölkələrə onun baş katiblikdən uzaqlaşdırması ilə bağlı müraciət etməlidir: “Biz nə qədər onun Rusiyanın özünün mövqeyinə zərbə vuran açıqlamalarına dözməliyik. Azərbaycan İsraillə Türkiyə arasında münasibətərin daha da yaxşılşmasına çalışmalıdır”.

Spiker Oqtay Əsədov millət vəkilinə cavab olaraq bildirib ki, KTMT-nin baş katibinin Nikolay Bordyujanın fikrini şişirtməyə ehtiyac yoxdur: “Onun fikiri Rusiyanın mövqeyi deyil. Kiminsə fikrinə görə belə addım atmaq olmaz. Azərbaycan dəqiq siyasət həyata keçirir. Məsələni genişləndirməyə ehtiyac yoxdur”.

Son xəbərlər

Orphus sistemi